Aİ 2028-ci ilə qədər Rusiya qazının idxalını dayandıracaq



Avropa İttifaqı (Aİ) üzv ölkələri 2028-ci ilin əvvəlinə qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tam dayandırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə Aİ Şurası Lüksemburqda keçirilən iclasdan sonra açıqlama verib. Energetika nazirləri Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması üzrə konsensus əldə etdiklərini bildiriblər.

Bəyanatda vurğulanıb ki, üzv ölkələr təklif olunan tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara mövqelərini açıqlayıblar. Təklif Rusiya enerjisindən asılılığın aradan qaldırılması planına uyğundur.

Tənzimləmə əsasən aşağıdakı mərhələləri əhatə edir:

  • 2026-cı il yanvarın 1-dən yeni müqavilələr üzrə Rusiyadan qaz idxalı dayandırılacaq.
  • 17 iyun 2026-cı ildən etibarən mövcud qısamüddətli müqavilələr mərhələli şəkildə dayandırılacaq.
  • 1 yanvar 2028-ci ildən uzunmüddətli müqavilələr üzrə idxal tam dayandırılacaq.

Mövcud müqavilələrdə yalnız məhdud dəyişikliklərə icazə veriləcək və dənizə çıxışı olmayan Aİ ölkələrinə müəyyən çeviklik təklif olunacaq.

Qanun Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu