Aİ Rusiya neft və qazından imtinanı sürətləndirmək istəyir
Avropa Parlamenti Rusiyadan neft və qaz idxalını mərhələli dayandırmağı sürətləndirir.
"Bloomberg"in mənbələrinə istinadən xəbər verilir ki, Avropa Parlamentinin sənaye komitəsi RePowerEU planına düzəlişlər edərək 2026-cı ildən Rusiyadan neft və neft məhsullarının idxalının dayandırılması, 2027-ci ildən isə Rusiya qazının tədarükünün qadağan edilməsi üzrə səsvermə keçirməyi planlaşdırır.
Qərar boru kəməri qazının idxalının dayandırılması ilə dəniz daşımalarının dayandırılmasını uyğunlaşdıracaq, RePowerEU planı isə daha uzunmüddətli olacaq. Gözlənilir ki, 2026-cı ilin ikinci yarısından qlobal qaz bazarı profisitə keçəcək və qiymətlərin bahalaşması riski azalacaq.
Məlumata görə, Avropa Parlamentindəki bir neçə siyasi qrup artıq Rusiyanın enerji tədarükünə qadağanı təsdiqləyib. Düzəlişlərə görə, Rusiya neftinin yeni alışlarına gələn ilin əvvəlindən qadağa qoyulacaq, mövcud qısamüddətli müqavilələr iyunun ortalarına qədər, uzunmüddətli müqavilələr isə 2027-ci ilin 1 yanvarına qədər istisna ediləcək.
Səsvermə oktyabrın 16-na təyin olunub. Komitə gələn ilin əvvəlindən Rusiya nefti və neft məhsullarına qadağa tələb edəcək. İlkin təklifdə Avropa Komissiyası dəqiq tarix təyin etməmişdi, üzv dövlətlərdən tədarüklərini diversifikasiya etmək planları hazırlanması tələb olunmuşdu.

