Tramp: Zelenski ilə "Tomahawk" haqqında danışacağıq
“Biz Zelenski ilə "Tomahawk" haqqında danışacağıq. Lakin ümid edirik ki, onların "Tomahawk"lara ehtiyacı olmayacaq.”
AFN.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
“Açığı, biz müharibənin bitməsinə üstünlük verərdik”, - deyə ABŞ prezidenti bildirib. O əlavə edib ki, ABŞ çoxlu silah satsa da, müharibəni bitirməyə üstünlük verəcək.
Tramp həmçinin ABŞ-ın bu raketlərə və digər silahlara ehtiyacı olduğunu, buna görə də Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq istədiyini qeyd edib.
