ABŞ şatdaundan gündə 15 milyard dollara qədər zərər edir
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, hökumətin qismən qapanması (şatdaun) ölkəyə gündə 15 milyard dollara qədər iqtisadi ziyan vura bilər.
AFN.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən CNBC investisiya konfransında danışıb. “Mən gündə 15 milyard dollara qədər zərər göstərən göstəricilər gördüm”, - deyə Bessent vurğulayıb.
Oktyabrın əvvəlində Ağ Ev hökumətin qismən bağlanmasının ABŞ-ın ÜDM-ə həftədə təxminən 15 milyard dollara başa gələcəyinə dair təxminlər açıqlayıb.
ABŞ federal hökumətinin qismən bağlanması maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı başlayıb. Bu, Konqresdəki Respublikaçı və Demokratik partiyaların səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi nəticəsində baş verib. Tərəflər hələ də ortaq qərara gələ bilməyiblər və bir-birini siyasi məqsədlərlə bağlanmanı uzatmaqda ittiham edirlər.


