Trampla münaqişə İlon Maskın bir gündə 34 milyard dollar itirməsinə səbəb oldu


ABŞ prezidenti Donald Trampla münaqişə bir gündə İlon Maska 34 milyard dollara başa gəlib.



AFN.az xəbər verir ki, bunu "Bloomberg Billionaire Index"in yenilənmiş məlumatları sübut edir.



Biznesmen dünyanın ən varlı adamları siyahısında birinci yeri tutmaqda davam edir, lakin onun sərvəti 33,9 milyard dollar azalaraq 334,5 milyard dollara çatıb. Bir gün əvvəl bu rəqəm 368,4 milyard dollar olub. Ümumilikdə, 2025-ci ilin əvvəlindən iş adamı 97,9 milyard dollar itirib.



Dünəndən başlayaraq Mask və Tramp arasında "söz müharibəsi" gedir. İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında ABŞ-da keçirilən seçkilərdə qalib gələ bilməzdi. Bundan əlavə, Maks Trampın impiçmentini gündəmə gətirib, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib və 2025-ci ilin ikinci yarısında Amerika iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırıb.



Tramp da öz növbəsində bildirib ki, Mask Amerika hökumətinin işini səmərəli şəkildə yerinə yetirməkdən vaz keçib. Dövlət başçısı Maskın şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə və bütün subsidiyaları ləğv etməklə hədələyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu