Mask "Tesla"nın səhmlərinin düşməsi ilə 24 saat ərzində 29 milyard dollar itirdi

İlon Mask Tesla korporasiyasının səhmlərinin azalması səbəbindən bir gündə təxminən 29 milyard dollar itirib.
AFN.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinin dərc etdiyi məlumatlar sübut edir.
Bildirilir ki, Maskın gündəlik itkiləri onun sərvətinin 6,7%-nə uyğundur. İlin əvvəlindən biznesmen artıq 132 milyard dollar (bütün aktivlərin 30,5%-i) itirib. Hazırda onun sərvəti təxminən 301 milyard dollardır.
Amerika mediasının qeyd etdiyi kimi, dövlət aparatının ixtisar edilməsi və büdcə xərclərinin azaldılması ilə məşğul olan Maskın nəzarət etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) hərəkətləri Amerikada "Tesla"ya qarşı etirazlara səbəb olub.
3 gün öncə "The Independent" qəzeti "Tesla" səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından sonra Maskın sərvətinin bir gündə 8,8 milyard dollar azaldığını bildirib. Şirkətin səhmlərinin qiyməti ABŞ Prezidenti Donald Trampın hissələrin idxal olunduğu Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən, həmçinin "Tesla"nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara yüksək rüsum tətbiq etməsindən sonra düşüb.