Asiya birjaları ABŞ-Çin gərginliyi fonunda düşüb


Honkong, Şanxay və Şençjen birjalarının indeksləri ABŞ prezidenti Donald Trampın Çin mallarına 100% gömrük rüsumu və proqram təminatına ixrac məhdudiyyəti hədəsi fonunda düşüb.

AFN.az xəbər verir ki, Hang Seng indeksi 3,49% ucuzlaşaraq 25 374 xal olub, Hang Seng Tech isə 4,54% azalıb.

Şanxay və Şençjen birjalarında müvafiq olaraq 1,30% və 2,56% azalma qeydə alınıb. Brokerlər bildirir ki, ABŞ-Çin ticarət gərginliyi investorları narahat edir. Çin ticarət nazirliyi isə Trampın hədəsinə qarşı kəskin qarşı tədbirlər görəcəyini açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu