Putin niyə sosial şəbəkələrdən istifadə etmir?
Rusiya prezidenti Vladimir Putin şəxsi sosial şəbəkə hesabı açmır, çünki bu onun üçün deyil.
AFN.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında deyib. Onun sözlərinə görə, prezidentin fəaliyyəti ilə bağlı bütün vacib məlumatlar yayımlanır.
Peskov qeyd edib ki, Putin sosial şəbəkələrdə mövcuddur, lakin şəxsi hesab açmağı planlaşdırmır və bunu dəfələrlə “mənlik deyil” şəklində izah edib. “Amma bu işləri təmin edən administrasiya mövcuddur. Prezident administrasiyası gündəlik olaraq xülasələr hazırlayır və əsas məsələlərdən xəbərdar edir,” – deyə Kremlin sözçüsü əlavə edib.
Peskov həmçinin bildirib ki, prezident yaxın ətrafı və ailəsi vasitəsilə də sosial şəbəkələrdə baş verənləri izləyir.
Kreml tərəfindən açılmış rəsmi sosial media hesabları - Max, Telegram, “VKontakte”, Rutube və YouTube platformaları fəaliyyət göstərir və burada hər gün prezidentin işinə dair xəbərlər paylaşılır.


