Putin prezident administrasiyası rəhbərliyinə təyinatlar haqqında sərəncam imzalayıb


Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərliyinə təyinatlar haqqında fərman imzalayıb.



Bu barədə mayın 14-də Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Anton Vayno administrasiyanın rəhbəri təyin edilib və onun birinci müavinləri Aleksey Qromov və Sergey Kiriyenko olacaq.

Beləliklə, Vayno, Qromov və Kiriyenko öz postlarını qoruyublar.

Kremlin saytında qeyd olunduğu kimi, Dmitri Kozak, Maksim Oreşkin (əvvəllər Rusiya Federasiyası Prezidentinin köməkçisi olub), Maqomedsalam Maqomedov və Vladimir Ostrovenko administrasiya rəhbərinin müavinləri təyin ediliblər.

Bundan əlavə, Dmitri Peskov Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsində qalıb və eyni vaxtda dövlət başçısının mətbuat katibi kimi fəaliyyətini də davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu