Donald Tramp: Qəzzada razılaşmaya çox yaxınıq


ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə edildiyini açıqlayıb.

Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Tramp Nyu-Yorkda keçirilən Rayder Cap qolf turnirinə yola düşməzdən əvvəl mövzuya toxunaraq “Qəzza məsələsində razılaşma əldə etmişik kimi görünür. Bu razılaşma girovların geri qaytarılmasını və müharibənin sona çatmasını təmin edəcək” deyib.

Tramp dünənki açıqlamasında da İsrailin Baş naziri Benyamin Netanyahu ilə səmərəli görüş keçirdiyini qeyd edərək, tərəflərin razılaşmaya yaxın olduğunu vurğulamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu