Starmer və Tramp Ukrayna münaqişəsini müzakirə edəcək


Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla şəxsi görüşündə Ukraynadakı münaqişənin sona çatdırılması yollarını müzakirə etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzeti mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, Şotlandiyada keçiriləcək danışıqlarda Starmer Rusiya-Ukrayna münaqişəsinin mümkün həll yollarını müzakirə edəcək. Həmçinin onun Ukraynaya davamlı dəstəyin məsələsini qaldıracağı gözlənilir. Görüş 28 iyulda Şotlandiyada keçiriləcək, Tramp isə ölkədə 29 iyula qədər səfərdədir.

Görüşün əsas mövzusu ABŞ ilə Böyük Britaniya arasında ticarət razılaşması olacaq. Həmçinin liderlər Qəzza sektorundakı vəziyyəti də müzakirə etməyi planlaşdırır. Qəzet qeyd edir ki, Qəzza mövzusu Starmer və Tramp arasında ən çətin mövzulardan biri ola bilər, çünki onların Yaxın Şərqdəki mövqeləri fərqlidir.

Tramp 25 iyulda Böyük Britaniyaya yola düşməzdən əvvəl bildirib ki, HƏMAS atəşkəs sazişi bağlamaq istəməyib: “Məncə, onlar ölmək istəyirlər”, – deyə o vurğulayıb.

Britaniyanın Baş naziri isə 26 iyulda dərhal atəşkəsin əldə edilməsinin, İsrailin humanitar yardımın çatdırılması ilə bağlı məhdudiyyətləri götürməsinin və Qəzzada zərərçəkənlərə təcili ərzaq yardımı göstərilməsinin vacibliyini qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu