Britaniya Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazırdır - Starmer


Britaniya münaqişənin həlli üçün Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərməyə hazırdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer “The Daily Telegraph” qəzetinə yazdığı məqalədə bildirib: "Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bura Ukrayna hərbçilərinə əlavə dəstək də daxildir. Böyük Britaniya artıq ən azı 2030-cu ilə qədər hər il 3 milyard funt-sterlinq (3,8 milyard dollar - red.) ayırmağı öhdəsinə götürüb. Amma bu, həm də Ukraynaya lazımi hərbi qüvvələr yerləşdirməklə hökumətin təhlükəsizliyinə təminat verilməsinə töhfə verməyə hazır olmaq deməkdir. Böyük Britaniyanın xidmət personalının potensial olaraq zərər çəkə biləcəyi ilə bağlı çox böyük məsuliyyət hiss edirəm. Lakin Ukraynaya onun təhlükəsizliyini təmin etməkdə kömək etməkdə istənilən rol qitəmizi, ölkəmizi təhlükəsiz saxlamağa kömək edir", - deyə Starmer qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın gələcəyi məsələsi bütün Avropa üçün ekzistensial əhəmiyyətə malikdir. Bu baxımdan, Avropa dövlətləri öz müdafiə xərclərini artırmalıdırlar: "Biz öz təhlükəsizliyimizə ciddi yanaşdığımızı və yükü öz üzərimizə götürdüyünü göstərməliyik. Biz bu barədə çoxdan danışırıq və ABŞ prezidenti Donald Tramp bizdən hərəkətə keçməyi tələb etməkdə haqlıdır. Avropa ölkələri olaraq biz müdafiə xərclərimizi artırmalı və NATO-da daha əhəmiyyətli rol oynamalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu