Britaniya Ukraynaya 40 milyon ayırdı
Böyük Britaniya humanitar yardım məqsədilə Ukraynaya 40 milyon funt-sterlinq vəsait ayırıb.
Bunu öz tviter hesabında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp yazıb.
“Böyük Britaniya Rusiyanın qeyri-qanuni və əsassız işğalı qarşısında Ukraynaya 40 milyon funt-sterlinq dəyərində həyati vacib yardım edir. Biz Ukraynanın çətin anında yanındayıq!”, - deyə səfir qeyd edib.