Rusiyada ayı hücumuna məruz qalan şəxs öldü


Rusiyanın Kamçatka yarımadasında ayı hücumuna məruz qalan bir şəxs ölüb.

Kamçatka bölgəsinin Səhiyyə Nazirliyindən verilən açıqlamada Petropavlovsk-Kamçatski şəhərində bir ayının şəhər sakinlərinə hücum etdiyi bildirilib.

Hücum nəticəsində 84 yaşlı bir qadın xəstəxanaya yerləşdirilib və “Ayı hücumuna məruz qalan qadın ağır xəsarətləri səbəbindən xilas edilə bilmədi” ifadəsinə yer verilib.

Bölgə rəhbərliyinin mətbuat xidmətindən verilən açıqlamada isə hadisədən sonra təhlükəsizlik tədbirlərinin görüldüyü və hücum edən ayının vurulduğu bildirilib.

Qeyd edək ki, Rusiyanın şərqindəki Saxalin adasında da həftə əvvəli meşədə ayı hücumuna məruz qalan bir şəxs həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu