Kanadada 2 ayının hücumuna məruz qalan şəxs ölüb


Kanadanın Şimal qütbünə yaxın bölgələrindən biri olan Nunavut radar stansiyasında işləyən bir şəxs iki qütb ayısının hücumu nəticəsində həyatını itirib.



Kanada hökuməti adından radarlardan müdafiə obyektlərini idarə edən şirkətdən verilən açıqlamada Nunavut bölgəsindəki Brevurt adasındakı radar stansiyasında çalışan adı açıqlanmayan işçinin iki qütb ayısının hücumuna məruz qaldığı və nəticədə öldüyü bildirilib.

Açıqlamada digər əməkdaşların hadisə yerinə gələrək ayılardan birini öldürdüyü bildirilib. Bildirilib ki, şirkət hadisə ilə bağlı hərtərəfli araşdırma aparmaq üçün yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu