Kanadada ayının hücumuna məruz qalan cütlük ölüb


Kanadanın Alberta əyalətindəki Banff Milli Parkında ər-arvad ayının hücumuna məruz qalaraq ölüb.


"CBC News" xəbər verir ki, park rəsmiləri axşam saatlarında GPS cihazı vasitəsilə ayı hücumu ilə bağlı xəbərdarlıq alıblar.

Xəbərdarlığa uyğun hərəkətə keçən qruplar əlverişsiz hava şəraiti səbəbindən havadan müdaxilə edə bilməyib və hadisə yerinə gec gəlib.

Hücumdan saatlar sonra bölgəyə gedən qruplar cütlüyün cəsədini tapıblar.

Axtarış zamanı aqressiv ayı ilə qarşılaşan qruplar heyvanı hadisə yerində öldürüblər.

Park rəhbərliyi dünya üzrə qonur ayının hücumlarının yalnız 14 faizinin ölümlə nəticələndiyini bildirib və sözügedən hücumun "nadir bir hadisə" olduğunu vurğulayb.

Həmçinin qeyd edliib ki, qış yuxusuna hazırlaşan ayılar ilin bu vaxtında ac ola bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu