Britaniya Fələstinin məktəb dərsliklərini dəyişdirməsini istəyir


Böyük Britaniya hökuməti Fələstin Milli Administrasiyasından (FNA) tam diplomatik əlaqələr qurmazdan əvvəl müəyyən tələbləri yerinə yetirməsini istəyir.

AFN.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, FNA “şəhid” hesab olunan şəxslərin ailələrinə, İsrail vətəndaşlarına qarşı törədilmiş hücumlar səbəbilə ödənişləri dayandırmalıdır. Qəzet qeyd edir ki, Fələstin prezidenti Mahmud Abbas bu praktikaya son qoymaq üçün xüsusi fərman hazırlayır.

Bundan əlavə, Baş nazir Keyr Starmer hökuməti, Fələstin məktəb dərsliklərində antisemitizm məzmununa görə dəyişikliklər edilməsini istəyir. Üçüncü tələb isə siyasi islahatların aparılması və yeni seçkilərin təşkili ilə bağlıdır. Mənbələr bildirir ki, Londonda bu məsələlər üzrə Paris ilə sıx əməkdaşlıq aparılır.

Qeyd olunur ki, yalnız bu tələblər yerinə yetirildikdən sonra Böyük Britaniya Şərqi Qüdsdə səfirlik açmağa və ya Fələstinlə beynəlxalq müqavilə imzalamağa hazır olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu