Fələstin rəhbəri ümumi prezident seçkilərini keçirməyə hazır olduğunu açıqlayıb
Fələstin prezidenti Mahmud Abbas Qüds də daxil olmaqla, bütün Fələstin ərazilərində ümumi prezident və parlament seçkilərini keçirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əvvəl Fələstin lideri ABŞ-ı Yaxın Şərqdəki münaqişənin siyasi həllinin olmamasında ittiham edib.