Fələstin ABŞ-la münasibətlərinə yenidən baxacaq


Fələstin BMT-yə qəbuluna veto qoyduğu üçün ABŞ-la münasibətlərinə yenidən baxmağı planlaşdırır.


Bu barədə Yaxın Şərq ölkəsinin prezidenti Mahmud Abbas bildirib.

“Fələstin rəhbərliyi xalqımızın maraqlarının, işimizin və hüquqlarımızın müdafiəsini təmin etmək üçün ABŞ-la ikitərəfli münasibətləri nəzərdən keçirəcək”, - deyə dövlət başçısı bildirib.

Siyasətçi ABŞ-ın qərarını biabırçı və məsuliyyətsiz adlandırıb. Abbasın sözlərinə görə, İsrail ABŞ-ın dəstəyi sayəsində soyqırım müharibəsini davam etdirən işğalçıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu