Blinken Mahmud Abbasla görüşüb
ABŞ dövlət katibi Entoni Blinken Fələstin prezidenti Mahmud Abbasla görşüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, M.Abbas İsrailin təcavüzünə və fələstinlilərin Qəzzadan köçürülməsinə dərhal son qoymağa çağırıb.
Fələstin mediası qeyd edir ki, görüş İordaniyanın paytaxtı Əmmanda baş tutub.
Fələstin prezidenti həmçinin Qəzza zolağına təcili humanitar dəhlizlərin açılmasını, orada çətin vəziyyətdə olan Fələstin vətəndaşları üçün dərman, su, elektrik və yanacaq təchizatının təmin edilməsini istəyib.
O, bütün humanitar xidmətlərin dayandırılması və yeganə elektrik stansiyasının bağlanması nəticəsində Qəzza zolağında humanitar fəlakət barədə xəbərdarlıq edib. Mahmud Abbas həmçinin İordan çayının qərb sahilində Fələstinin şəhər, kənd və qaçqın düşərgələrində xalqımıza qarşı israilli mühacirlər terroruna son qoymağa və vəziyyəti gərginləşdirən ekstremistlərin Məscidül-Əqsaya hücumlarına son qoymağa çağırıb.
Prezident hər iki tərəfdən mülki şəxslərin öldürülməsi və ya sui-istifadəsi ilə bağlı hərəkətlərə qarşı olduğunu bir daha təkrar edərək, mülki şəxslərin, məhbusların və əsirlərin azad edilməsini istəyib.