Kiyevə ABŞ-dan silah alınması üçün 6,6 milyard avro ayrıla bilər
Ramşteyn formatında hərbi yardım üzrə təmas qrupunun iclasında Ukrayna və Avropa İttifaqı Avropa Sülh Fondundan Kiyevə ABŞ-dan silah alınması üçün 6,6 milyard avronun ayrılması imkanını müzakirə ediblər.
AFN.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Denis Şmıxal görüşün yekunları üzrə məlumat verib.
"Əsas razılaşmalar arasında Ukraynanın ehtiyaclarına Amerika silahlarının alınması üçün Avropa Sülh Fondundan 6,6 milyard avronun ayrılması imkanı var", - deyə Ukrayna Müdafiə Nazirliyinin saytında onun açıqlaması yayılıb.
Şmıxal həmçinin oktyabrda Aİ vasitəsilə Ukraynaya dəstək üçün 4 milyard dollar ayrılacağını da bildirib. Bundan əlavə, Ukrayna üçün Amerika silahlarının alınması proqramı çərçivəsində Almaniya əlavə olaraq 500 milyon avro, Kanada 500 milyon dollar, Litva 30 milyon avro, Belçika 100 milyon avro, Latviya 5 milyon avro ayırmağı öhdəsinə götürüb. Kanada, Almaniya və Böyük Britaniya da uzaq mənzilli dronların istehsalı üçün Ukrayna proqramlarını ayrıca maliyyələşdirəcək. Latviya yaxın vaxtlarda “Patria” zirehli transportyorlarını Kiyevə göndərəcək. Fransa da əlavə “Mirage” qırıcılarını köçürmək niyyətində olduğunu açıqlayıb.
