İsveçdə 2026-cı ildən etibarən məktəblərdə smartfonlar qadağan olunacaq
İsveç hökuməti 2026-cı ildən ibtidai və orta məktəblərdə ağıllı mobil telefonların istifadəsini qadağan etmək qərarı qəbul edib.
İsveç Təhsil Naziri Simona Mohamsson İsveçin rəsmi radiosu SR-yə verdiyi açıqlamada bildirib ki, ölkə üzrə bütün ibtidai, orta məktəb və liseylərdə 2026-cı ildən etibarən ağıllı mobil telefonların istifadəsi qadağan ediləcək.
Mohamsson qeyd edib ki, qadağa həm dərs zamanı, həm də fasilələrdə tətbiq olunacaq.
Nazir həmçinin hökumətin bu təklifi həyata keçirmək üçün 10 milyon dollar büdcə ayırdığını vurğulayıb və bildirib ki, şagirdlər TikTok-da vaxt itirmək əvəzinə, fasilələrdə dostları ilə vaxt keçirməyi və ya futbol oynamağı öyrənməlidirlər.
