"Xanbulan" 5000 manat cərimə edildi


Lənkəran rayonunda yerləşən "Xanbulan" İstirahət Mərkəzinin rəhbəri Tofiq Heydərov barəsində maliyyə cəriməsi tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, "Xanbulan-Turizm İstirahət Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyası tətbiq olunub.

Yoxlama zamanı əmək müqavilələrinin bağlanması ilə bağlı tələblərin pozulmasına dair akt əsasında 4 000 manat, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına dair akt əsasında isə 1 000 manat olmaqla, ümumilikdə 5 000 manat cərimə kəsilib.

Qeyd edək ki, "Xanbulan-Turizm İstirahət Mərkəzi" MMC Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınıb və onun qanuni təmsilçisi Tofiq Ələddin oğlu Heydərovdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu