Fransızların 80%-i Makrona etibar etmir


Fransa Prezidenti Emmanuel Makronun xalq dəstəyi 2017-ci ildə vəzifəyə başladığı dövrdən bəri ən aşağı səviyyəyə düşüb. Le Figaro Magazine üçün keçirilən son sorğuya görə, seçicilərin 80%-i Makrona etibar etmədiyini bildirib.

Makron yalnız 15% dəstək alarkən, qalanlar isə açıq fikir bildirməyib.

Bu göstərici 2018-ci ildə yanacaq qiymətlərinin artması və iqtisadi bərabərsizlik səbəbindən baş qaldıran Sarı Jiletlilərin etirazları zamanı müşahidə olunan səviyyədən də aşağıdır.

Sorğuda Baş nazir François Bayrouya etibar da rekord aşağı səviyyəyə enib. İştirakçıların yalnız 14%-i Bayrouya etibar etdiyini bildirərkən, 82%-i əks fikir deyib.

Xatırladaq ki, Bayrou keçən il Mişel Barnier hökumətinin devrilməsindən sonra vəzifəyə gəlmişdi. İndi o, 2024-cü ilə qədər 5,8 faizə çatan, AB limitini demək olar ki, iki dəfə artıran büdcə kəsirini həll etmək üçün mübahisəli qənaət planını həyata keçirməyə çalışır.

Plan çərçivəsində iki rəsmi bayramın ləğvi, dövlət sektorunda iş yerlərinin azaldılması, sosial yardım və pensiyaların dondurulması nəzərdə tutulur. Bununla yanaşı müdafiə xərcləri artırılacaq. Fransanın hərbi büdcəsinin 2027-ci ildə 64 milyard avroya çatması planlaşdırılır. Sol partiyalar hökuməti sosial dövlət əvəzinə orduya üstünlük verməkdə ittiham edir.

Sorğuda etibar göstəricisi artan yeganə siyasətçi sağ müxalifət lideri Jordan Bardella olub. Bardella yalnız sağçı seçicilərdən deyil, həm də mərkəz və sol meylli seçicilərdən də dəstək toplayıb.

Baş nazir Bayrou səkkiz etimad sorğusunu aşmasına baxmayaraq, büdcə layihəsini oktyabrda parlamentdən keçirmək üçün yeni bir etimad səsverməsinə hazırlaşır.

Le Figaro xəbər verir ki, bu proses ölkədə böyük sosial etirazlara səbəb ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu