Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib


Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 11 maddə ilə genişləndirib.

AFN.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə deyilir. Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Məhdudiyyətə məruz qalan fiziki şəxslər arasında Tatarıstan Baş nazirinin müavini Leyla Fazleeva, Federal Gənclər Mərkəzinin rəhbəri Valeri Mayorov, Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin Rusiya Qəhrəmanı A. A. Kadırov adına Xüsusi Polis Alayının komandiri Zamid Çalayev, ROF prezidenti, Ramzan Kadırovun anası Aymani Kadırova, Tatarıstanın gənclərlə iş üzrə naziri Rinat Sadıkov, Rusiya Federasiyası Təhsil Nazirliyinin Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin direktor müavini Anastasiya Akkuratova, "Uşaqlar əllərdə" Xerson humanitar qərargahının rəhbəri Natalya Tişenko və vəzifəsi açıqlanmayan Aleksandr Qurov yer alır. Britaniya tərəfi onun fəaliyyət növünü açıqlamayıb, lakin Qurovun “Ukraynada sabitliyi pozmaq və ya onun ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini pozmaq” işində iştirak etdiyi bildirilib.

Sanksiyalarla üzləşən hüquqi şəxslər isə bunlardır: Birincilərin Hərəkatı, "Qələbə Könüllüləri", Axmat-Hacı Kadırov adına Regional İctimai Fondu.

Ümumilikdə, Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına indi 1808 fiziki və 498 hüquqi şəxs daxildir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu