Rusiya səfiri İsveç XİN-ə çağırılıb - Ukraynaya hücuma görə


İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb avqustun 28-də Aİ-nin Kiyevdəki missiyasının binasına raket zərbələri nəticəsində ziyan dəyməsidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diplomatın çağırılması ilə bağlı bildirib: "Rusiya Silahlı Qüvvələri yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə və yardımçı obyektlərinə zərbələr endirir və mülki infrastruktura dəyən ziyan Kiyevin hava hücumundan müdafiə sistemləri və elektron müharibə sistemlərindən istifadəsinin nəticəsidir”.

Zaxarovanın sözlərinə görə, "Rusiyanın mülki obyektlərə hücumları ilə bağlı Aİ rəsmiləri və Aİ ilə əlaqəli media tərəfindən qaldırılan hay-küy, Ukrayna Silahlı Qüvvələrinin mülki infrastrukturun sistematik şəkildə atəşə tutulmasına və Rusiya Federasiyasının terror aktları ilə bağlı Avropa İttifaqı və onun üzv dövlətlərinin rəhbərliyinin reaksiya verməməsi ilə kəskin ziddiyyət təşkil edir".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu