Putin Ukrayna ilə danışıqlar aparmaq istəmir


Rusiya prezidenti Vladimir Putin Kiyevdən Rusiya Federasiyasının sərhəd rayonlarında, o cümlədən Bryansk vilayətində sabitliyi pozmaq cəhdlərini davam etdirəcəyini gözləyir.


AFN.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə görüş zamanı bildirib.

“Mülki insanlara, mülki infrastruktura fərq qoymadan hücum edən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan danışa bilərik”, - deyə Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında bütün döyüş xətti boyunca irəliləyir.

“Rusiya Silahlı Qüvvələrinin bütün cəbhə boyu irəliləmə sürəti 1,5 dəfə artıb. Kiyev Rusiya cəmiyyətinin birliyini pozmağa çalışdı, lakin bu, uğursuz oldu”, - deyə o, vurğulayıb.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq istəyən könüllülərin sayı artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu