KİV: Ukraynadakı Qərb kontingenti bu ölkələrin qüvvələrindən ibarət ola bilər


Ukraynaya göndərilməsi Qərb ölkələri tərəfindən fəal şəkildə dəstəklənən xarici hərbi kontingentin əsasını çox güman ki, Fransa və Böyük Britaniya silahlı qüvvələri təşkil edəcək.

AFN.az xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən “Politico” məlumat yayıb.

Bildirilib ki, London və Paris müttəfiqlərinə təzyiq göstərir, onlardan hərbi resursların verilməsində iştirak etməyi tələb edirlər.

Avqustun 18-də Vaşinqtonda Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra təhlükəsizlik zəmanəti kimi böhranın həll olunacağı təqdirdə Qərb hərbi personalının Ukraynaya mümkün göndərilməsi mövzusu avropalı siyasətçilər tərəfindən yenidən fəal şəkildə gündəmə gətirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu