Qərb Avropa qüvvələrini ABŞ-ın rəhbərliyi ilə Ukraynada yerləşdirmək istəyir

Qərb ABŞ-ın rəhbərlik etdiyi Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsini nəzərdən keçirir
AFN.az xəbər verir ki, “Reuters” mənbəyə istinadən Qərb ABŞ-ın rəhbərlik etdiyi Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsi imkanını araşdırır.
Bildirilir ki, hərbi variantlardan biri Ukraynaya Avropa qoşunlarının göndərilməsi və onların ABŞ-ın komandanlığı və nəzarəti altında yerləşdirilməsi ola bilər. Eyni zamanda, ABŞ-ın Avropa qüvvələrinə havada dəstəyi, Ukraynaya əlavə hava hücumundan müdafiə qüvvələrinin köçürülməsi və ABŞ qırıcıları vasitəsilə uçuşa qadağa zonası yaradılması da mümkündür.
Bundan əvvəl ABŞ və Avropa ölkələri, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat xidməti vasitəsilə yayılan birgə bəyanatda, Ukraynadakı münaqişənin həlli üçün danışıqlara dəstək verəcək hərbi əməliyyat variantlarını hazırladıqlarını bildiriblər. Sənəddə konkret variantlar açıqlanmayıb.