Aİ: Ukraynaya qoşun göndərməklə bağlı bütün variantlar masadadır


Avropa İttifaqı üzv ölkələrin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı hələlik qərar qəbul etməyib.


Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında icmanın xarici siyasət xidmətinin nümayəndəsi Anna-Kaisa İtkonen deyib. O, qeyd edib ki, buna baxmayaraq, bütün variantlar nəzərdən keçirilir.

"Avropa qoşunlarının göndərilməsi üçün bütün Aİ ölkələri bu qərarla razılaşmalıdırlar. Belə bir qərar yoxdur. Lakin Avropa İttifaqı lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək. Bütün seçimlər masanın üstündədir" - deyə Aİ nümayəndəsi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu