Aİ-nin Ukraynaya yardımı 170 milyard avroya çatıb


Münaqişənin başlanğıcından bəri Avropa İttifaqının Ukraynaya ümumi yardımı demək olar ki, 170 milyard avro təşkil edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə Kiyev üçün mümkün “təhlükəsizlik təminatları” ilə bağlı sualı cavablandırarkən deyib. Bu vəsaitin 60 milyard avrosu silaha xərclənib. İlin sonuna kimi Aİ Kiyevə daha 2 milyon mərmi tədarük etmək niyyətindədir.

“Biz Ukraynaya əhəmiyyətli dəstək veririk. Hazırda Ukraynaya yardımımızın həcmi artıq demək olar ki, 170 milyard avro təşkil edib. Xüsusilə, Avropa Sülh Fondu xətti ilə silah tədarükü üçün də demək olar ki, 60 milyard avro ayırmışıq. 2 milyon 155 mm-lik mərmilərə gəlincə, onlar 2025-ci ilin sonuna kimi çatdırılmalıdır”, - deyə o bildirib.

Hipper həmçinin xatırladıb ki, hərbi əməliyyatlar başlayandan bəri 80 min ukraynalı hərbçi Aİ-də təlim keçib.

Onun sözlərinə görə, hazırda AB və ABŞ-ın milli təhlükəsizlik müşavirləri tərəfindən təhlükəsizlik zəmanətləri müzakirə olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu