İmamoğlunun vəkili də rüşvət ittihamı ilə saxlanıldı


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlunun vəkili Nusret Yılmaz Trabzonda “rüşvətə vasitəçilik” ittihamı ilə saxlanılıb.

AFN.az "CNN Türk"ə istinadən xəbər verir ki, o, polis müşayiəti ilə Trabzondan İstanbula aparılıb.

Xatırladaq ki, yanvarın 20-də İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə İstanbul baş prokuroru Akın Gürlek və onun ailəsi ilə bağlı dediyi sözlərə görə bir neçə maddə ilə – “vəzifəli şəxsi açıq şəkildə təhqir etmək”, “təhdid etmək” və “terrorla mübarizə aparan şəxsləri hədəf almaq” – ittiham olunmuşdu.

Məhkəmənin qərarı ilə İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, “terrorla mübarizədə əməyi olan şəxsləri hədəfə almaq” ittihamı üzrə isə bəraət qazanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu