ADY sərnişinləri oturduğu istiqamətə görə "qiymətləndirir"


Jurnalist Dünya Sakit Azərbaycan Dəmir Yolları QSC-nin tətbiq etdiyi qiymət siyasəti ilə bağlı maraqlı məqam haqda yazıb.

AFN.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında bildirib ki, ADY qatarın hərəkət istiqamətinə görə fərqli qiymətlər tətbiq edir: "Bu günlərdə yaxın adamlar üçün Tovuza bilet alırdım. Standart bilet 16.70 manat, yerləri seçib ümumi qiymətə baxdım ki, məbləğ çox çıxır. Sonra diqqət elədim ki, qatarın hərəkət istiqamətində oturub getmək üçün biletin dəyərinin 5 faizi qədər əlavə ödəniş tətbiq edirlər. Yüz minlərlə insan var ki, hərəkətin əksi istiqamətində otura bilmir, başgicəllənməsi, ürəkbulanması tutur. Demək, bizim dövlətə məxsus şirkətimiz insanların bu səhhət problemini özü üçün əlavə qazanc mənbəyinə çeviribmiş..."

ADY Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev AFN.az-a mövzu ilə bağlı açıqlama verərkən bildirib ki, bu qayda ötən ilin noyabrından tətbiq edilir: "Ötən ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, bilet 25-30 gün əvvəl alındıqda 10% endirim, qatarın əks istiqamətində oturacağa alındıqda isə əlavə 5% endirim edilir".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu