Tramp: ABŞ özəl şirkətlərdə pay almağa davam edəcək


ABŞ administrasiyası "Intel" ilə baş verənlərə bənzər iri özəl şirkətlərdə pay almağa davam etmək niyyətindədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Intel" səhmlərinin 10%-nin verilməsi ilə bağlı sövdələşməni və Tramp administrasiyasının iri sənaye müəssisələrinə münasibətdə siyasətini şərh edərkən Tramp deyib: "Bəli, başqa hallar da olacaq. Belə imkanım olsa, mən də bunu edəcəm. Bilirik ki, 'ay, bu biabırçılıqdır' deyən adamlar olacaq. Bu, biabırçılıq deyil. Əgər kimsə sizə şirkətin 10%-ni verməyə hazırdırsa və bunun üçün pul ödəmirsinizsə, buna biznes deyirlər. Və sizə deyim ki, 'Intel' kimi bir şirkət üçün, bilirsiniz, onların öz problemlərindən payları var. Mən onların yaxşı iş görmələrini istəyirəm. İstəyirəm ki, onlar istənilən vəziyyətdə yaxşı iş görsünlər, amma xüsusilə də hazırda yaxşı işləmələrini istəyirəm".

Avqustun 23-də Tramp ABŞ-ın "Intel"də 10 faiz paya sahib olduğunu açıqlayıb. O bildirib ki, bu barədə şirkətin baş direktoru Lip-Bu Tan ilə razılaşıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu