Zaporojya AES-də MAQATE əməkdaşlarının rotasiyası baş tutub

Zaporojya AES-də MAQATE müşahidəçilərinin rotasiyası həyata keçirilib
AFN.az xəbər verir ki, Zaporojya Atom Elektrik Stansiyasında (AES) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müşahidəçilərinin rotasiyası həyata keçirilib.
"Zaporojya AES-də Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin planlaşdırılmış növbəti dəyişdirilməsi həyata keçirilib. 30-cu komandaya daxil olan üç yeni mütəxəssis stansiyanın istismar təhlükəsizliyinin monitorinqi və qiymətləndirilməsi üzrə işə başlayıb", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, rotasiya zamanı təhlükəsizliyi Rusiya Müdafiə Nazirliyinin hərbçiləri, Rusiya Milli Qvardiyasının hərbçiləri və Rusiya Daxili İşlər Nazirliyinin Zaporojya vilayəti üzrə Baş İdarəsinin əməkdaşları təmin ediblər.
MAQATE ekspertləri 2022-ci il sentyabrın 1-dən – agentliyin baş direktoru Rafael Qrossinin stansiyaya ilk səfərindən sonra Zaporojya AES-də fəaliyyət göstərirlər.