Malpensa hava limanında sərnişin yanğın törətdi

İtaliyanın Milan şəhərindəki Malpensa Hava Limanında bir sərnişin yanğına səbəb olub.
Hadisə Terminal 1-in 13 nömrəli qapısı yaxınlığında yerləşən zibil qutusunun bir sərnişin tərəfindən yandırılması nəticəsində baş verib.
Həmin sərnişin daha sonra əlindəki çəkiclə bəzi qeydiyyat (check-in) ekranlarını sındırıb.
Hadisəyə dərhal müdaxilə edən hava limanı təhlükəsizlik əməkdaşları sərnişini zərərsizləşdirərək polisə təhvil veriblər.
Eyni zamanda yanğına müdaxilə edən yanğınsöndürənlər ehtiyat tədbiri olaraq terminalı təxliyə ediblər.
Təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra terminaldakı fəaliyyətlər normal vəziyyətə qayıdıb.