Hava limanında qayçı itdi, uçuşlar ləğv edildi


Yaponiyanın Hokkaydo şəhərindəki "New Chitose" hava limanında mağazadan qayçı yoxa çıxıb.



Terminaldakı mağazadan qayçı itdiyi üçün təhlükəsizlik yoxlamaları təxminən iki saat dayandırılıb və yüzlərlə sərnişin hava limanında qapalı qalıb.

Gediş salonundakı sərnişinlər yenidən təhlükəsizlik yoxlamalarından keçməli olub, böyük növbələr və sıxlıq yaranıb.

Səlahiyyətlilər itən qayçını tapmağa çalışsalar da, qayçı ertəsi gün həmin mağazada tapılıb.

Yaponiya Nəqliyyat Nazirliyi Hokkaydo Hava Limanlarından hadisənin səbəbini araşdırmağı və bir daha təkrarlanmaması üçün tədbir görməyi xahiş edib. Hokkaydo Hava Limanı hadisənin mağazadakı qeyri-kafi saxlama və idarəetmə sistemlərindən qaynaqlandığını qəbul edib.

Qeyd edək ki, qayçının itməsi məlumatından sonra 36 reys ləğv edilib, 201 reys gecikib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu