Azərbaycanda erkən yaşda abortların sayı artıb

Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
Statistik məcmuəyə görə, 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınıb. Onlardan 72-si 15-17 yaş qrupuna aiddir. Bu, 2023-cü illə müqayisədə artım deməkdir. Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.
15-19 yaşlılar arasında aborta müraciət sayı isə 2 751 nəfərdir. 2023-cü illə müqayisədə bu yaş qrupu üzrə də abortların sayı 155 nəfər çox olub.
Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna daxildir ki, bu da əvvəlki illə müqayisədə 151 nəfər artım deməkdir.
Ümumilikdə statistik mənzərə Azərbaycanda erkən yaşlarda abort hallarının artdığını göstərir.