Çin əhalisinin azalma tendensiyası davam edir


Çin əhalisinin 2024-cü ildə 1,39 milyon nəfər azalması ilə əvvəlki 2 ildəki azalma tendensiyası davam edir.



Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə enib.

Ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023 və 2024-cü illərdə də davam edib.

Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 2022-ci il Çinin uzunmüddətli əhalisinin azalmasının başladığı il olub.

Çində 2024-cü ildə 9,54 milyon körpə doğulduğu halda, yeni doğulanların sayı 9,02 milyon körpənin doğulduğu 2023-cü illə müqayisədə 5,7 faiz artıb.

2023-cü ildə mində 6,39 olan doğum nisbəti 2024-cü ildə mində 6,77-yə yüksəlib. Doğum nisbəti keçən il milli rekordların 1949-cu ildə başlanmasından bəri ən aşağı səviyyəyə düşüb.

Ölkədə 2024-cü ildə 10,93 milyon ölüm halı qeydə alınıb ki, bu da 11,1 milyon ölümün qeydə alındığı 2023-cü illə müqayisədə 1,5 faiz azalma deməkdir. Ölüm nisbəti mində 7,87-dən 7,76-ya düşüb.

Əhalinin 15,6 faizini 65 və yuxarı yaşda olanlar təşkil edir
Əhalinin yaş qrupları üzrə bölgüsündə əmək qabiliyyətli yaş kimi müəyyən edilən 16-59 yaş arası əhali 857,98 milyon nəfərlə əhalinin 60,9 faizini, 60 və yuxarı yaşda olanlar isə 310,31 milyon nəfərlə 22 faizini təşkil edib.

Pensiya yaşı 65 və yuxarı olan əhalinin sayı 220,23 milyon nəfərə çatıb ki, bu da ümumi əhalinin 15,6 faizini təşkil edir.

2024-cü ildə şəhər əhalisinin əvvəlki illə müqayisədə 10,83 milyon nəfər artaraq 943,50 milyon nəfərə, kənd əhalisinin isə 12,22 milyon nəfər azalaraq 464,78 milyon nəfərə çatıb. Şəhər əhalisinin xüsusi çəkisi 67 faizə yüksəldiyi halda, kənd əhalisinin xüsusi çəkisi 33 faizə çatıb.

2016-cı ildən bəri əhalinin artım tempinin azaldığı Çində önümüzdəki illərdə də daha sürətlə azalacağı təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu