Çinin əhalisi 2 milyon azalaraq 1 milyard 409 milyon olub


Çinin əhalisi 2022-ci ildə başlayan uzunmüddətli azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalacaq.



Milli Statistika Bürosunun (UIB) məlumatına görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona qədər azalıb.

Ölkə əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını 2023-cü ildə də davam etdirib.

Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və qıtlıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 2022-ci il Çində uzunmüddətli əhalinin azalması tendensiyası başladığı il olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu