Tennessidə güclü yağışlar nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Tennessi ştatında güclü yağış və daşqınlar nəticəsində aralarında bir uşağın da olduğu 3 nəfər ölüb.
Hamilton bölgəsi Fövqəladə Halların İdarə Olunması Ofisinin sözçüsü Ami Maksvel Tennessi ştatında təsirli olan güclü yağış və daşqınlarla bağlı açıqlama verib.
Onun sözlərinə görə, ştatın Çattanoqa bölgəsində yağan güclü yağış zamanı üzərinə ağac aşan avtomobildə olan biri uşaq olmaqla 3 nəfər ölüb.
Maksvel bölgədəki ziyanın tam miqyasının hələ məlum olmadığını, gün ərzində rəsmi qurumların ziyanla bağlı yoxlamalar aparacağını bildirib.
Güclü yağış və daşqınlar səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub.