ABŞ-da təhlükəli maddə daşıyan qatar relsdən çıxdı


ABŞ-ın Texas ştatında təhlükəli maddə daşıdığı ehtimal olunan qatarın təxminən 35 vaqonu relsdən çıxıb.



ABŞ-da yayımlanan ABC News kanalının məlumatına görə, Texasın Palo Pinto bölgəsində baş verən hadisədə qatarın 35 vaqonunun relsdən çıxdığı açıqlanıb.



Rəsmi mənbələr bildiriblər ki, qatarda təhlükəli maddə daşıdığı ehtimal edilir.



Fövqəladə hallar briqadaları hadisə yerinə göndərilib və kiçik miqyaslı yanğınsöndürmə işləri aparılıb. Qəzada xəsarət alan və ya itkin düşən yoxdur.



Rəsmi mənbələr həmçinin qeyd ediblər ki, vaqonlardan heç bir sızma müşahidə olunmayıb və qəzaya səbəb olan amillərin araşdırılması üzrə istintaq başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu