Fransada sərnişin qatarı relsdən çıxıb: 21 yaralı




Strasburq-Paris qatarının relsdən çıxması nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qrand-Est regionunun prefekturasından bildirilib.

“Europe1” radiostansiyası xəbər verir ki, bu gün səhər Strasburqdan Parisə gedən qatarın elektrovozu və bir neçə vaqonu relsdən çıxıb. Nəticədə, maşinist də daxil olmaqla, 20-dən artıq insan yaralanıb.

Qatarda 348 sərnişin olub.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu