İndoneziyada 6,5 gücündə zəlzələ olub

İndoneziyanın Papua əyalətində 6,5 gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumatına görə, zəlzələnin episentri əyalətin Abepura bölgəsinin 193 kilometr şimal-qərbində yerləşib.
Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.