Bu il “Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara verilib


2025-ci ilin yanvar-iyun aylarında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

KOBİA-dan AFN.az-a verilən məlumata görə, Ekspertlər Şurası tərəfindən 27 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnə almış sahibkarların 4-ü qadındır.

“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir.

Ümumilikdə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu