Qəzzada yardım növbəsində 92 nəfər güllələnib

Qəzzada son 24 saat ərzində ən azı 115 fələstinli, o cümlədən 92 nəfər ərzaq yardımını paylama məntəqələrindən almağa çalışarkən güllələnərək öldürülüb.
AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Hərbçilər anklavın şimalındakı Zikim keçid məntəqəsində yardım gözləyən 79 nəfəri, zolağın cənubundakı Rəfah və Xan Yunisdəki paylama məntəqələrində isə daha 13 nəfəri öldürüblər.
Qəzzanın səhiyyə orqanları son sutka ərzində 19 nəfərin aclıqdan öldüyünü açıqlayıb. Daha əvvəl "Əl-Cəzirə" Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər vermişdi ki, zolaqda yerləşən xəstəxanalardakı təcili yardım otaqları görünməmiş sayda ac insanla dolub.