Məsud Pezeşkian keyfiyyətsiz benzinə görə Təbrizə taksi ilə getməli olub

İran Prezidenti Məsud Pezeşkian Təbrizə səfəri zamanı benzinin keyfiyyətsiz olması səbəbindən taksiyə minmək məcburiyyətində qalıb.
Bu haqda “Nasr” agentliyi məlumat yayıb.
Belə ki, Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi prezidentin kortejindəki avtomobillərin Qəzvin yaxınlığında dayanmalı olduğunu bildirib.
Onun sözlərinə görə, kortej yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib. Daha sonra hər üç avtomobil nasazlıq səbəbindən dayanıb.
Moləvi bildirib ki, bu hadisəyə cavab olaraq Məsud Pezeşkian nə qubernatorluqla əlaqə saxlayıb, nə də rəsmi tədbir görüb, əksinə şəxsi taksi tutaraq Təbrizə gedib.
Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.