Yasamalda qadın güllələndi: həyat yoldaşı saxlanıldı

Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qadın güllələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb. Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.