Tibb bacısı qətlə yetirildi - həyat yoldaşı tutuldu
![](/uploads/posts/2025-02/bogdu.jpg)
Sumqayıtda qətl törədilib.
Şəhərin Yaşıl Dərə yaşayış massivində 1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızı boğularaq öldürülüb.
O, Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.
Hadisəni törətməkdə şübhəli bilinən C.Quliyevanın əri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.