Astarada tibb bacısı evində qətlə yetirilib

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib.
AFN.az xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.